ABŞ təyyarəsi İsraildəki Nevatim bazasına endi

06.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-5M “Super Galaxy” strateji ağır yükdaşıyan təyyarəsi İsrailin cənubundakı Nevatim aviabazasına eniş edib.

Axar.az xəbər verir ki, bu baza Negev səhrasında yerləşdirilən ABŞ Ordusunun THAAD sistemi yaxınlığında yerləşir.

Uçuşun THAAD və ya digər hava hücumundan müdafiə sistemləri ilə əlaqəli olduğu ehtimal edilir. Güman olunur ki, təyyarə son zamanlar Yəməndən İsrailə atılan ballistik raketləri vurmaq üçün istifadə edilən raketlərin əvəzini gətirə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью