ABŞ təyyarəsi Rusiyaya gəldi

25.04.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Latviyadan Rusiyanın hava məkanına daxil olan ABŞ təyyarəsi “Vnukovo” hava limanına enib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verib ki, bu barədə aviadispetçer dairələrindəki mənbə bildirib.

"Təyyarə Vnukovoda enib", - o qeyd edib.

Mənbə təyyarənin Rusiyaya hansı məqsədlə gəldiyini dəqiqləşdirməyib. Ölkələr arasında müntəzəm hava əlaqəsi yoxdur.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Rusiyada Prezident Vladimir Putinlə görüşə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью