Azvision saytına istinadən Icma.az xəbər verir.
Məsələdən məlumatlı iki adı çəkilməyən mənbənin "CNN" telekanalına verdiyi məlumata görə, bu, 100-150 THAAD ballistik raketi deməkdir ki, hər birinin qiyməti 12,7 milyon dollardır.
"Maraqlıdır ki, ABŞ ötən il cəmi 11 THAAD raketinin istehsalını həyata keçirib. Bu il də cəmi 12 THAAD-ın istehsalı nəzərdə tutulur", – "CNN" bildirir.
Telekanal, eyni zamanda, Amerika Milli Təhlükəsizliyi üzrə Yəhudi İnstitutunun (JINSA) hesabatına istinadən diqqətə çatdırıb ki, 12 günlük müharibə ərzində İran raketlərinin təxminən yarısı məhz THAAD-lar vasitəsilə sıradan çıxarılıb. Qalan raketlər isə İsrailə məxsus "Arrow-2" və "Arrow-3" müdafiə sistemləri ilə vurulub.
JINSA-nın məlumatında həmçinin bildirilib ki, İran müharibə dövründə İsrail ərazisinə doğru ümumilikdə 500-dən çox raket buraxıb. Onlardan 201-i zərərsizləşdirilib. Hücumlar nəticəsində İsraildə 29 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. İki universitet, bir xəstəxana və 240 binada 2305 mənzilə ziyan dəyib. 13 mindən çox israilli öz yurd-yuvasından didərgin düşüb.
Firudin Həmidli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Maraqlıdır ki, ABŞ ötən il cəmi 11 THAAD raketinin istehsalını həyata keçirib. Bu il də cəmi 12 THAAD-ın istehsalı nəzərdə tutulur", – "CNN" bildirir.