ABŞ THAADları Ukraynaya verməyəcək

24.11.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ABŞ-dan THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemini almayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Fokus” nəşri məlumat yayıb.

“Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Kiyev Rusiyanın yeni “Oreşnik” ballistik raketinin Dneprdəki obyektə endirdiyi zərbədən sonra THAAD-a müraciət edə bilər. Ukrayna ötən ilin dekabrında da oxşar tələblə artıq ABŞ-a müraciət etmişdi, lakin o zaman Vaşinqton bunu verməkdən imtina etmişdi. Şanslar indi də azdır”, - nəşr bildirib.

Qeyd edək ki, THAAD sistemlərinin qiyməti 3 milyard dollardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью