ABŞ The Wall Street Journal Trampın İrana hücum planını yaydı DETALLAR

31.01.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ-ın məşhur "The Wall Street Journal" (WSJ) saytı İrana hücum mövzusunda diqqət çəkən məqalə dərc edib.

Turkustan.az xəbər verir ki, nəşrin rəsmi şəxslərə istinadən yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp köməkçilərindən Yaxın Şərqdə uzunmüddətli münaqişəyə səbəb olmayacaq hərbi əməliyyat üçün variantların hazırlanmasını istəyib. Söhbət İranda aparılacaq əməliyyatlardan gedir.

Məqalədə qeyd olunub ki, Tramp administrasiyası hazırkı İran hökumətini devirməyə qadir olan olduqca güclü bombardman "kampaniya"sı ehtimalını nəzərdən keçirib. Bundan əlavə, Amerika lideri və onun müşavirləri İrandan diplomatik güzəştlər əldə etmək üçün Tehrana hərbi təzyiq göstərmək variantını da araşdırıblar.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İran milli valyutası olan rialın devalvasiyası ölkədə genişmiqyaslı kütləvi etiraz dalğasına səbəb oldu. Bu xaosa cavab olaraq hökumət təhlükəsizlik tədbirlərini gücləndirdi və polis nümayişçilərə qarşı göz yaşartıcı qaz və silahlardan istifadə etdi. Həm güc strukturları, həm də etirazçılar arasında xeyli yaralanan və ölənlər oldu. İran hakimiyyəti iğtişaşlara görə xarici qüvvələri günahlandırdı. İran Xarici İşlər Nazirliyi etirazların arxasında ABŞ və İsrailin dayandığını iddia edir. ABŞ isə etiraz edən xalqın tərəfində dayandığını gizlətmir. Tramp hətta iranlıları etirazlarını davam etdirməyə çağırdı və "kömək yoldadır" deyib dəstəyini bəyan etdi. O, hətta Tehranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını açıqladı. Ağ Ev rəhbəri xəbərdarlığını da bəyan etdi. Trump qeyd etdi ki, Venesuela sahillərində yerləşdiriləndən xeyli güclü olan dəniz qüvvələri qrupu İran sahillərinə doğru gedir./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью