ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ nin Azərbaycana ixracı 54 faiz artıb

10.03.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 10 mart, AZƏRTAC

ABŞ-Azərbaycan münasibətlərini ən yüksək nöqtəyə çatdıran administrasiyanın bir hissəsi olmaq da şərəfdir. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Ceffri Kessler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İndi iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha güclüdür. Təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb. Bu yolda davam etmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”,- deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью