ABŞ “Tomahawk” raketlərini modernləşdirir və onların xidmət müddətini uzadır

25.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələri “Tomahawk” qanadlı raketlərinin modernləşdirilməsi proqramının genişləndirildiyini elan edib və bu məqsədlə Raytheon şirkəti ilə 380,8 milyon dollar dəyərində müqavilə imzalayıb.

APA xəbər verir ki, bu barədə Army Recognition məlumat yayıb.

Razılaşma çərçivəsində görüləcək işlər 2029-cu ilin aprel ayınadək davam edəcək. Müqavilə aşağıdakı istiqamətləri əhatə edir:

raketlərin yenidən sertifikatlaşdırılması;

texniki modernləşdirmə;

ehtiyat hissələrinin və xüsusi avadanlıqların tədarükü;

raket komplekslərinin gələcək istismarına dəstək.

Həmçinin müqavilə dəyişdirilə bilən hissə və modulların istifadəsini nəzərdə tutur ki, bu da lazım gəldikdə raketlərin döyüş qabiliyyətini sürətli şəkildə bərpa etməyə imkan verir.

ABŞ bunu niyə edir?

Modernləşdirmənin məqsədi “Tomahawk” raketlərinin xidmət müddətini görüləcək işlər başa çatdıqdan sonra ən azı üç il uzatmaq və onları ABŞ Hərbi Dəniz Qüvvələrinin uzaqmənzilli zərbələr üçün əsas vasitələrindən biri kimi saxlamaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью