Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“ABŞ hazırda “Tomaqavk” raketlərini Ukraynaya ötürmək imkanını nəzərdən keçirmir”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı deyib.
O, Ukraynadakı müharibənin Rusiya Prezidenti Vladimir Putin üçün çətin münaqişə olduğunu qeyd edib.
"O, çoxlu əsgər itirdi, bəlkə də bir milyon. Bu çox şeydir. Və bu, hər iki tərəf üçün ağırdır. Bəzən sadəcə hər şeyin sona çatmasına icazə verməlisən", - deyə siyasətçi vurğulayıb.
Tramp bir daha xatırladıb ki, o, artıq səkkiz müharibəni həll edib və inanır ki, Ukraynadakı vəziyyət ABŞ-nin həll etdiyi bəzi müharibələrdən daha asan həll oluna bilər.
Daşqın Həsənov
Missiya.Az