Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Əslinə baxsan, Tramp imrovizatordur. O görəcəyi işi əvvəlcədən demir.
Əvvəlcə ona gərək olmayan bir ideyanı səsləndirir, lazım olan ideyanı isə onun arxasınca həyata keçirir..." "Trampın xüsusən ikinci prezidentlik dövründəki ilk baxışdan həddindən artıq məntiqsiz, tez-tez hədəfləri dəyişən və xaotik görünən siyasəti haqda fikirlərinizi bilmək maraqlı olardı.
Düzdü, son günlər atəşkəs yenə də pozulsa da, hazırkı ABŞ liderinin Qəzza ilə bağlı Sülh sazişinə nail olmasını hələlik siyasi uğur hesab etmək olar.
Fəqət Rusiyanın Ukraynaya təcavüzü probleminə gəlincə... Bəzən siyasi təhlildən uzaq adi müçahidəçidə belə təəssürat yaranır ki, doğrudan da
Ukraynada savaşın ədalətli şəkildə dayandırılması üçün real bir iş görmür və sadəcə baş qatır, Rusiyanın xeyrinə vaxt uzadır.
Yəni belə düşünüsək, belə çıxar ki, Tramp elə Zəngəzur dəhlizi məsələsini də sonda Rusiyanın xeyrinə həll edəcək...
Bu mövzuda nə düşünürsüz?" Bu sualla müraciət etdiyimiz ADP sədri, siyasi şərhçi Sərdar Cəlaloğlu cavabında aşağıdakı fikirləri ifadə edib: "Əvvəla, Trampın guya “KQB” agenti olması haqdakı söz-söhbətlərin hamısı yanlış məlumat və mühakimələrdir...
İkincisi də, Birləşmiş Ştatlar dövləti şəxslərlə idarə olunmur.