ABŞ Trampın əmri ilə 96 saata İrana hücuma başlayacaq

26.10.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın əmri veriləcəyi təqdirdə, Amerika qüvvələri 96 saat ərzində İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə CNN iki amerikalı məmura istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, zərbələrin endirilməsi üçün ABŞ-nin regionda kifayət qədər hərbi qüvvəsi yerləşdirilib. Mümkün hədəflər arasında İranın enerji infrastrukturu, hərbi və nüvə obyektləri göstərilir.

Bununla belə, əməliyyatla bağlı yekun qərarın hələ qəbul edilmədiyi bildirilir.

Bəzi hazırkı və keçmiş amerikalı rəsmilər əmrin ilin sonunadək, böyük ehtimalla ABŞ Konqresinə aralıq seçkilərdən sonra verilə biləcəyini düşünürlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью