ABŞ Trampın qərarlarını Amerika tarixinin ən pis qərarları adlandırıb

26.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Donald Trampın ikinci prezidentlik müddəti ABŞ tarixindəki ən pis xarici siyasət qərarları siyahısına əlavə olunacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Bloomberg-in köşə yazarı Andreas Klut yazıb.

Məqalədə Klut Xarici Əlaqələr Şurası tərəfindən tərtib edilmiş Amerika tarixində ən pis və ən yaxşı 10 xarici siyasət qərarının bu yaxınlarda dərc olunmuş siyahısını  müzakirə edib.

Köşə yazarı bildirib ki, hadisələri siyahıya daxil edilməyən Trampın ikinci prezidentlik müddəti artıq ən pis qərarlar siyahısına ayrıca bir əlavə kimi görünür.

“Tramp Qrenlandiyanın ərazisini ələ keçirməyi ilə hədələməklə NATO- ya qarşı nifrətini nümayiş etdirməyə davam edir . O, həmçinin BMT sistemini tənqid edir, boykot edir, sabotaj edir və sarsıdır”, – deyə müəllif yazıb.

MAQSUD

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью