ABŞ Trampın şəkli olan xatirə pasportlarının verilməsini genişləndirəcək

31.07.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Paytaxtdan kənarda yaşayan amerikalılar tezliklə ölkənin 250 illiyini qeyd etmək üçün üzərində Prezident Donald Trampın şəkli olan məhdud sayda ABŞ pasportu əldə edə biləcəklər.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamenti avqust ayında ölkə üzrə 27 pasport idarəsinin xüsusi sənədlər verməyə başlayacağını açıqlayıb. Əvvəllər onlar yalnız şəxsən müraciət edən ərizəçilər üçün Vaşinqton ofisində mövcud idi.

Yeni dəyişiklik fonunda Tramp Amerika pasportunda görünən ilk prezident olacaq. 

Qeyd edək ki, hazırkı ABŞ pasportlarında yalnız Raşmor dağına həkk olunmuş prezidentlərin təsvirləri, Azadlıq Heykəli, Azadlıq Zəngi, Müstəqillik Zalı və təbii mənzərələr var. 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью