ABŞ Türkiyə ilə birgə hərəkət edəcək

18.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Suriyadakı prosesləri Türkiyə ilə birgə koordinasiya edəcək. 

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi, general-mayor Patrik Ryder Suriyada indiki vəziyyətin kövrək olduğunu və ABŞ-nin bu ölkədəki proseslərin nizamlanması istiqamətində Türkiyə ilə danışıqları davam edirəcəyini bildirib. 

Patrik Ryder post-Əsəd dövründə Suriyada əhalinin təhlükəsizliyi və sabitliyinin təmin olunması üçün Türkiyə ilə təmasların davam etdirilməsinin zəruriliyini vurğulayıb. Rayder jurnalistlərə bildirib: 

“Türkiyə NATO-da çox önəmli müttəfiqdir. 
Biz Suriyadakı vəziyyətlə bağlı kommunikasiya xətlərini açıq saxlamağa davam edirik, bu, İŞİD və digər təhlükələrin qarşısının alınmasında vacib amildir. Əminəm ki, bu mövzuda Türkiyə və digər regional tərəfdaşlarla bu danışıqları davam etdirəcəyik”. 

“Bizim hamımız İŞİD-in yenidən qruplaşmasına və dirçəlməsinə imkan verməyəcəyik” ,- deyə Pentaqon rəsmisi əlavə edib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью