Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Türkiyənin “F-35” proqramına yenidən daxil edilməsi ilə bağlı verdiyi vədin icrasını gözlədiklərini bildirib.
Bəs, Tramp vədini yerinə yetirəcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, ABŞ ilə Türkiyə arasındakı münasibətlər Trampın prezident seçilməsindən sonra kifayət qədər müsbət dinamika üzrə inkişaf edir və dəfələrlə F-35-lərin Türkiyəyə verilməsi ilə bağlı müsbət mesajlar görmüşük:
"Burada əsas maneə Türkiyənin Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksləri ilə bağlı məsələdir. Bir neçə dəfə mətbuatda həmin komplekslərin ərəb ölkələrindən birinə verilməsi ilə bağlı iddialar da səsləndirilib. Hesab edirəm ki, mövcud şəraitdə bu komplekslər üç ərəb ölkəsindən birinə verilə bilər. Bunlar Suriya, Qətər və Səudiyyə Ərəbistanıdır. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında "Məkkə sazişi"ni imzalayıblar, bu zaman həmin komplekslərin Səudiyyə Ərəbistanına verilməsi ehtimalı kifayət qədər yüksəkdir. Hesab edirəm ki, Trampın Türkiyəni F-35 proqramına yenidən daxil etməsi ilə bağlı gözləntilər ilin sonuna qədər müsbət həllini tapacaq".
NURİYYƏ