Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq. Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən “F
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. “ABŞ-də 6 ədəd “F-35” təyyarəmiz var.
İndi bizim “KAAN” (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi – Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib.
Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara “F-35” almaq təklifini yenidən göndərdik”, – deyə o qeyd edib.
Qeyd edək ki, beşinci nəsil “KAAN” qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib.
Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb.
Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək “KAAN” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.
2023-cü il iyulun sonunda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə TUSAŞ arasında “KAAN” layihəsi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb.