Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-a təhvil verilməyən "F-35" qırıcılarının qəbulu üçün yenidən sorğu göndərib.
"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. "ABŞ-də 6 ədəd "F-35" təyyarəmiz var.
İndi bizim "KAAN" (Türkiyənin beşinci nəsil döyüş təyaarəsi - Qeyd) istehsal etdiyimizi gördülər və münasibətləri dəyişib.
Təyyarələri təhvil verə biləcəklərini deyirlər. Biz onlara "F-35" almaq təklifini yenidən göndərdik", - deyə o qeyd edib.
Qeyd edək ki, beşinci nəsil "KAAN" qırıcısı ilk sınaq uçuşunu fevralın 21-də uğurla həyata keçirib.
Təyyarə üzərində işlər 2017-ci ildə Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) Milli Döyüş Təyyarələri proqramı çərçivəsində başlayıb.
Türkiyəli ekspertlərin fikrincə, gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 qırıcılarını əvəzləyəcək "KAAN" taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 qırıcılarını üstələyir.