Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteyn Rusiyaya işləyə bilər. “Epşteyn faylları”nda Rusiya Prezidenti Vladimir Putinin adı 1056, Moskvanın isə 9629 sənəddə çəkilib.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” kəşfiyyatdakı mənbələrə istinadla məlumat yayıb.
“Epşteyn daha çox şantaj üçün nüfuzlu şəxsləri qadınlarla tanış etməklə Rusiya ilə əməkdaşlıq etmiş ola bilər. Epşteyn FTB üçün dünyanın ən böyük "honeytrap" (bal tələsi) əməliyyatlarından birini də idarə etmiş ola bilər. Epşteynin Rusiya mafiyası ilə uzun müddət əlaqələri olub və xüsusən də bu, onun Rusiyadan qızları maneəsiz necə gətirə bildiyini izah edir”, - nəşr bildirib.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı xüsusi məktubda da qeyd olunub ki, Epşteyn Putinlə mümkün görüşləri müzakirə edib və 2018-ci ildə Helsinki sammitindən əvvəl Kremlə Tramp haqqında vacib məlumatlar verə biləcəyini bildirib.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə azyaşlıların cinsi istismarı məqsədilə insan alverində ittiham edilərək həbs olunub. Lakin o, məhkəməyə çıxmadan əvvəl həbsxanada ölü tapılıb.