Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi, Rusiyanın qəbul etdiyi kompromissləri qəbul etməyə hazır olub-olmamasındadır.
Rusiya prezidenti vurğulayıb ki, Kiyev və Avropa hələ ki, Ukrayna nizamlanması ilə bağlı kompromislərə razılaşmayıblar, lakin Putin hesab edir ki, onlar bu nəticəyə gələ bilərlər.