ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edir

19.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Vaşinqton Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmaqda davam edir.

APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.
“Biz onlara kəşfiyyat dəstəyi göstərməyə davam edirik”, – deyə Rubio bildirib.

Onun sözlərinə görə, Ukrayna üzrə nizamlanma prosesi ABŞ-ın bir neçə qurumunun iştirakı ilə aparılır. Bu prosesə Pentaqon, Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət Departamenti cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью