Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Ceffri Saks Rusiyanın “TASS” agentliyinə müsahibəsində belə deyib.
“Məncə, hələ 2022-ci ilin yanvarında bu müharibənin qarşısını almaq olardı, amma onlar bu müharibəni qızışdırdılar. 2021-ci ilin dekabrında Rusiya tərəfi ABŞ-yə NATO-nu genişləndirməkdən imtinanı nəzərdə tutan təhlükəsizlik sazişi təklif etdi”, - professor xatırladıb.
Ceffri Saks o vaxt Ağ Evə zəng vurduğunu və Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivanla yetişməkdə olan münaqişənin qarşısının alınmasının mümkünlüyü barədə danışdığını, lakin Bayden administrasiyanın Moskvanı dinləməkdən imtina etdiyini açıqlayıb.
Ukrayna ABŞ üçün 2-ci Əfqanıstan ola bilər | VİDEO Məhz Donald Trampın yenidən prezident seçiulməsindən sonra Vaşinqton Ukraynada müharibənin dayandırılması yönündə fəal siyasət yürütməyə başlayıb. ABŞ-nin səyləri nəticəsində Moskva ilə Kiyev artıq İstanbulda iki dəfə danışqlar keçiriblər. Bu görüşlər nəticəsində tərəflər əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsini aparıblar.
İndi isə Rusiya və Ukrayna iyulun 23-25-də Türkiyədə baş tutacaq yeni danışıqlara hazırlaşır. Kiyev məhbus mübadiləsi, təxliyə olunmuş uşaqların geri qaytarılması və liderlər səviyyəsində mümkün görüşü müzakirə etməyə ümidlidir. Moskva isə tərəflərin mövqelərində ciddi fikir ayrılıqlarının olduğunu deyir.
Bundan əvvəl “Bloomberg” agentliyi Əfqanıstan məsələsinin Co Bayden üçün risk yaratdığı kimi, Ukraynanın da Tramp üçün problemə çevrilə biləcəyini iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Məncə, hələ 2022-ci ilin yanvarında bu müharibənin qarşısını almaq olardı, amma onlar bu müharibəni qızışdırdılar. 2021-ci ilin dekabrında Rusiya tərəfi ABŞ-yə NATO-nu genişləndirməkdən imtinanı nəzərdə tutan təhlükəsizlik sazişi təklif etdi”, - professor xatırladıb.