ABŞ Ukrayna münaqişəsindən bu məqsədlə istifadə edir: Çindən İDDİA

12.03.2025

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sülh çağırışları” arxasında gizlənən Ağ Ev Ukrayna münaqişəsindən maksimum dərəcədə öz maraqları üçün istifadə etmək istəyir.

Publika.az xəbər verir ki, belə bir iddia ilə Çinin “China Daily” qəzeti çıxış edib.

Nəşr yazır ki, sülh istəyi ABŞ prezidenti Donald Trampın Ukrayna və Qəzza zolağında münaqişələrə son qoymaq üçün etdiyi hərəkətlər əsl motivi gizlətməyə xidmət edir.

“Tramp üçün sülhə can atmaq onun və həmkarlarının ABŞ-ın maraqlarını maksimum dərəcədə artırmaq cəhdlərini ört-basdır etmək üçün bir vasitədir. Onlar bundan səylərini şübhə altına alan istənilən tərəfə hücum etmək üçün silah kimi istifadə edə bilərlər”, - deyə qəzetdə qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью