ABŞ Ukrayna sazişinə nələr daxildir?

01.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ və Ukrayna arasında imzalanmış “Amerika–Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında” saziş 57 mineralı əhatə edir və sənəddə ABŞ-dan hərbi yardım məsələsi də qeyd olunur, lakin bir sıra məsələlər ətraflı izah olunmayıb.

Axar.az xəbər verir ki, bunu sənədlə tanış olan “Yevropeyskaya pravda” nəşri yazıb.

Bildirilir ki, danışıqlar zamanı Ukrayna və ABŞ sazişi bir neçə hissəyə bölməyə qərar verib:

“Xüsusilə, Vaşinqtonda imzalanmış ikitərəfli saziş hökumətlər arasında bəzi sahələrdə əməkdaşlığın siyasi çərçivələrini müəyyən edir. Bunlara yeraltı sərvətlərin işlənməsi, faydalı qazıntıların satışı, ABŞ tərəfindən, o cümlədən hərbi sahədə, Ukraynaya göstəriləcək gələcək yardım daxildir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью