ABŞ Ukrayna üçün daha çox silah almağa çağırdı

15.10.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ müttəfiqlərinin Ukrayna üçün daha çox silah almasını gözləyir.

Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset NATO baş katibi Rutte ilə Brüsseldə keçirdiyi görüşdə deyib.

“Ümid edirik ki, Ukraynanı təchiz etmək və bu münaqişəni sona çatdırmaq üçün ölkələr PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) təşəbbüsünə daha çox ianə verəcək. Düşünürəm ki, dünya bizim sülhə sadiq olan, ABŞ-ın yanında olan və sülh tərəfdarı olanları dəstəkləyən bir sülh prezidentimizin olduğunu görür. Biz orada gördük. Və ümid edirəm ki, Ukraynada da eyni səyləri görə bilərik”, - Heqset bildirb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью