ABŞ Ukrayna üçün “qış paketi” yardımını dəstəkləyir

07.09.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Ukraynaya hava hücumundan müdafiə vasitələri və enerji sektoruna dəstəyi əhatə edən ayrıca “qış paketi” yardımının göstərilməsi ideyasını dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Axios”a müsahibəsində bildirib.

“Burada söhbət yalnız raketlərdən getmir. Söhbət həmçinin mayeləşdirilmiş təbii qazdan və deeskalasiya tədbirlərindən gedir”, – Zelenski deyib.

Ukrayna lideri əlavə edib ki, ABŞ qış ərəfəsində və qış aylarında münaqişənin deeskalasiyası imkanlarını araşdırır.

“Axios” daha əvvəl yazıb ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Kiyevə səfərləri zamanı Zelenskiyə münaqişənin nizamlanması üzrə danışıqlarda qışa qədər irəliləyiş əldə etmək istədiklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 5-də Uitkoff və Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Ertəsi gün, sentyabrın 6-da isə onlar Kiyevdə Vladimir Zelenski ilə danışıqlar aparıblar.

Görüşlərin yekununda Uitkoff danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edildiyini və tərəflərin “əlavə üçtərəfli danışıqların planlaşdırılması” istiqamətində irəlilədiyini bildirib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью