ABŞ, Ukrayna və Rusiya Əbu Dabidə qapalı danışıqlar aparırlar

25.11.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ, Ukrayna və Rusiya Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Əbu-Dabidə qapalı danışıqlar aparırlar.
Newscenter.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Financial Times"a istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Ordu naziri Den Driskoll noyabrın 24-ü Əbu-Dabiyə gedib. Danışıqlarda Ukraynanı kəşfiyyat rəisi Kirill Budanov təmsil edir, Rusiya nümayəndə heyətinin tərkibi isə açıqlanmayıb.
Nəşr qeyd edir ki, danışıqlar noyabrın 24-ü axşam saatlarında başlayıb.
Daha əvvəl ABŞ Ordu naziri Daniel Driskollun Rusiyaya səfər edə biləcəyi barədə məlumat verilmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью