ABŞ Ukraynada atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb

23.10.2026

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək.
Razılaşma humanitar yardımın çatdırılması və mülki əhalinin xüsusi dəhliz vasitəsilə təxliyəsi məqsədilə əldə olunub.
Ağ Ev həmçinin bildirib ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp “proses boyunca Rusiya və Ukrayna qruplarının yerlərdəki fəaliyyətini müşayiət etmək və sənədləşdirmək üçün müstəqil Amerika media təşkilatını cəlb edib”. Rusiyanın və Ukraynanın mülki nümayəndələri Oleşki sakinlərini evlərində ziyarət edəcək və lazımi yardımın həcmini müəyyən edəcəklər.
Röya Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью