ABŞ Ukraynadan olan qaçqınlar üçün proqramı dayandırıb

28.01.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti ABŞ-ın Ukraynadan olan qaçqınlar üçün proqramı dayandırdığını bildirib.

Qeyd olunur ki, artıq maliyyələşmə üçün müraciətlər qəbul edilmir.

“Sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli fərmanla əlaqədar müvafiq blankların qəbulunun dayandırıldığı aydınlaşdırılır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın cənub sərhədinin bağlanması haqqında fərman imzalayıb.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью