Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifə mümkün qədər tez razılaşmasını tələb edir.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Politico" anonim mənbəyə stinadən məlumat yayıb.
Nəşr bildirir ki, bu təklif Tramp administrasiyası tərəfindən Kiyevə verilən güclü və açıq təhlükəsizlik vədidir.
Məqalədə qeyd olunur ki, lakin bu, həm də gizli bir ultimatumdur: yəni, onu ya indi qəbul edin, ya da növbəti seçim daha az səxavətli olacaq".
Nəşr əvvəllər ABŞ və Ukrayna hərbi rəsmilərinin ərazi məsələlərini müzakirə etmək üçün Mayamidə görüşəcəyini bildirmişdi. Mənbələr qeyd ediblər ki, Berlində Vaşinqton və Kiyev arasında danışıqlar zamanı bir çox ərazi məsələləri müzakirə olunub.
ABŞ Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif edib və Kiyevin tez bir zamanda razılaşmasını tələb edir.
Elvin
Ölkə.az