ABŞ Ukraynanı hədələdi: Hücumları dayandır, yoxsa...

10.10.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az “Axios”a istinadən xəbər verir ki, belə bir təhdid cümə günü Mayamidə Trampın nümayəndələri Stiv Vitkof və Cared Kuşner ilə Ukrayna nümayəndə heyəti arasında davam edən səkkiz saatlıq danışıqlar zamanı edilib.

Nəşrin yazdığına görə, ABŞ rəsmiləri Kiyevdən Rusiya neft emalı zavodlarına zərbələri birtərəfli qaydada dayandırmağı tələb ediblər. Vaşinqtonun mövqeyinə əsasən, bu hücumlar ABŞ-da yanacağın qiymətinin artmasına təsir göstərib.

Mənbənin bildirdiyinə görə, Zelenski Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırması ilə əlaqələndirməyi təklif edib. Lakin iddiaya əsasən, Tramp bu iki addımı ekvivalent hesab etməyib.

Axios-a danışan ABŞ rəsmisi bildirib ki, Zelenski vəziyyəti düzgün qiymətləndirmir və Rusiya neft emalı zavodlarına zərbələri davam etdirməklə son altı ay ərzində Trampla qurduğu müsbət münasibətlərə zərər vurur.

Nəşrin mənbələri, həmçinin ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələdiyini iddia ediblər.

Nəşr onu da yazıb ki, Ağ Ev rəsmisi deyilənləri təkzib edərək söyləyib ki, əksinə Uitkof və Kuşner ukraynalılara ABŞ-nin sursat və kəşfiyyat təmin edən güclü tərəfdaş olduğunu bildiriblər.
Rəsmi “Axios”a deyib ki, danışıqlar ABŞ, Avropa və NATO-nun müharibəyə son qoymaq üçün əldə edilən razılaşmanın bir hissəsi olaraq Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətlərinin yekunlaşdırılmasına yönəlib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью