Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynanı Vaşinqtonun müttəfiqi kimi xarakterizə etməkdən imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə Vens “2WAY” portalına müsahibəsində danışıb.
Jurnalist Vensdən Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmağa hazır olub-olmadığını soruşub.
Vens cavabında bildirib ki, Ukrayna bəzi məsələlərdə ABŞ-nin tərəfdaşıdır, lakin iki ölkənin maraqları zaman-zaman fərqlənir.
Aytəkin TOFİQQIZI