ABŞ Ukraynanı nə üçün müharibədən əvvəl silahlandırıb? Zaxarova

04.01.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Antoni Blinkenin ABŞ-nin Ukraynanı xüsusi hərbi əməliyyata başlamazdan xeyli əvvəl silahlandırdığı barədə bəyanatını şərh edib.

"Unikal" xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə danışıb. 

Onun sözlərinə görə, bu səbəbdən Ukraynanın demilitarizasiyası və Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi xüsusi əməliyyatın vəzifələrindən biridir.

Bundan əvvəl Blinken mətbuata açıqlamasında bildirmişdi ki, Vaşinqton hələ Rusiya ilə müharibə başlanmamışdan əvvəl Kiyevə silah tədarük etməyə başlayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью