ABŞ Ukraynanın 4,6 milyard dollarlıq borcunu silə bilər

21.11.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

ABŞ Ukraynanın dövlət borcunun bir hissəsini silə bilər, lakin yekun qərar Konqresdən asılıdır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Xəbəri “Anadolu” yayıb. 

Söhbət 4,65 milyard dollarlıq borcdan gedir.

Miller xatırladıb ki, Konqresin 2024-cü ilin aprelində Ukrayna Təhlükəsizliyinə Əlavə Ayrılmalar Aktı qəbul edib. O, borcun hökumət tərəfindən bu qanun layihəsinin bir hissəsi kimi ləğv edilə biləcəyini izah edib.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью