ABŞ Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina edir

21.02.2025

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ BMT-nin Ukraynaya təcavüzünün 3-cü ildönümü ilə bağlı bu ölkəniin ərazi bütövlüyünü müdafiə edən və Rusiyadan qoşunlarını geri çəkməsini tələb edən qətnamə layihəsinə birgə müəlliflikdən imtina edir.

AzPost bildirir ki, bu barədə Reuters diplomatik mənbələrə istinadən xəbər verir

Bu, Ukraynanın ən nüfuzlu Qərb müttəfiqinin mövqeyində böyük dəyişiklik ola bilər.

Vaşinqton həmçinin “Yeddilik” ölkələrinin gələn həftə yaymağı planlaşdırdığı bəyanatda Rusiyanın təcavüzünü pisləyən ifadəyə etiraz edir.

ABŞ-ın 2022-ci ilin fevralından bəri BMT və G7 tərəfindən müntəzəm olaraq istifadə edilən dillə razılaşmaqdan imtina etməsi Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında genişlənən fikir ayrılığı fonunda baş verir.

“TikTok”da izləyin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью