ABŞ: Ukraynanın NATO ya üzvlüyü real deyil | Icma.az
Turkstan.az saytına istinadən Icma.az xəbər verir. ABŞ-ın yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə iştirak etdiyi NATO-Ukrayna Təmas Qrupu
Pit Heqset ilk dəfə iştirak etdiyi NATO Müdafiə Nazirləri Toplantısının açılışında çıxış edib.
O, bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın NATO-ya üzvlüyünün danışıqlar yolu ilə həllinin real nəticəsi olduğuna inanmır.
Bunun əvəzinə, hər hansı təhlükəsizlik zəmanəti bacarıqlı Avropa və qeyri-Avropa qoşunları tərəfindən dəstəklənməlidir.
Əgər bu qoşunlar Ukraynaya sülhməramlılar kimi yerləşdirilirsə, onlar NATO-dan kənar missiyanın bir hissəsi kimi 5-ci maddənin əhatə dairəsindən kənarda olmalıdırlar."Avropa təhlükəsizliyinin təmin edilməsi NATO-nun Avropa üzvləri üçün öhdəlik olmalıdır.
Bunun bir hissəsi olaraq, Avropa Ukraynaya gələcək hərbi yardımın böyük əksəriyyətini təmin etməlidir", -deyə, Heqset bildirib.Donald Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyi ilə bağlı mesajlar verən Heqseth, “Mesajımız aydındır, qan tökülməsi dayanmalı və bu müharibə bitməlidir” deyib.
Aytən Yaşar/ Turkustan.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu