Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı siyasəti dəyişməyib. Vaşinqton Kiyevin Alyansa qoşulmasını planlaşdırmır, lakin Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyasını dəstəkləyir”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
"ABŞ-nin apardığı siyasətin məqsədi Ukraynanı NATO-ya qəbul etməməkdir. Bu, ABŞ Prezidenti Donald Trampdan əvvəl də belə olub. Ancaq onlar Ukraynanın Avropa İttifaqında olmasını dəstəklədiklərini açıq nümayiş etdirirlər”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az