ABŞ Ukraynaya 16 milyard dollar yardım borcludur Zelenski

06.11.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ukraynaya əvvəlki razılaşmalar çərçivəsində nəzərdə tutulan 16 milyard dollar maliyyə yardımını hələ də təqdim etməyib.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski TSN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, əvvəlki razılaşmalar və qəbul edilmiş qərarlar çərçivəsində nəzərdə tutulan 16 milyard dolların ayrılması dayandırılıb.

Zelenski qeyd edib ki, Kiyev ABŞ-nin indiyədək göstərdiyi bütün yardımlara görə minnətdardır. Bununla belə, Ukrayna həmin vəsaitlərin əldə olunması üçün mübarizə aparmalı, həmçinin Vaşinqtondan yeni yardımın alınması istiqamətində çalışmalıdır.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью