ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb

11.12.2024

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin geri qaytarılması hesabına Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə Nazirliyin bəyanatında deyilir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, kredit G7 ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsi kimi göndərilir.

“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək”, - deyə ABŞ maliyyə naziri Canet Yellen bildirib.

O həmçinin əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью