ABŞ Ukraynaya 20 milyard dollarlıq kredit ayırıb

11.12.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırıb və bu kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən vəsait hesabına ödəniləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.

Bildirilir ki, bu vəsait Ukraynaya 50 milyard dollar məbləğində kreditlə dəstək verməyə yönəlmiş yeddi qrup ölkələrinin təşəbbüsü çərçivəsində təmin edilib.

ABŞ-ın maliyyə naziri Janet Yellenin qeyd edib ki, Ukrayna üçün ayırılan bu vəsaitlər ölkədə iqtisadi çətinliklərin öhdəsindən gəlməyə  kömək edəcək.

Bundan əvvəl ABŞ və digər yeddi qrup ölkələr Ukraynanı maliyyə baxımından dəstəkləməyə hazır olduqlarını bildirmişdilər.

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью