ABŞ Ukraynaya 725 milyon dollar dəyərində silah göndərəcək

02.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində növbəti silah paketi göndərməyə hazırlaşır, buraya piyadaəleyhinə minalar da daxildir.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hərbi yardım paketinə pilotsuz uçuş aparatlarına qarşı sistemlər və HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları da daxil olacaq.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yeni silahların tədarükünün cəbhədəki vəziyyəti dəyişməyəcəyini və yalnız münaqişənin uzanmasına səbəb olacağını demişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью