ABŞ Ukraynaya heç bir hərbi zəmanət verməyib Rubio

22.05.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ nadir torpaq metalları sazişi çərçivəsində Ukraynaya heç bir hərbi zəmanət verməyib.

Metbuat.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio belə açıqlama verib. Rubio Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı məsələ ilə bağlı suala cavab olaraq, “Hərbi zəmanət yoxdur” - deyə bildirib. Rubio bildirib ki, Vaşinqton hələ də Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək imkanını saxlayır. Onun sözlərinə görə, ABŞ-nin məqsədi sərt sanksiyaların əvəzinə diplomatik vasitələrlə Ukraynada sülhə nail olmaqdır.

Rubio, Prezident Donald Trampın zərurət yaranarsa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью