ABŞ Ukraynaya hərbi yardımın həcmini AZALTDI

29.12.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Ştatlar 2024-cü ildə Ukraynaya yardımın həcmini keçən illə müqayisədə azaldıb.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ təxminən 19,5 milyard dollar ayırıb. Yardımının əhəmiyyətli hissəsi Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə yönəlib.

“2024-cü ildə ABŞ-ın Kiyevə hərbi yardımının həcmi 2023-cü illə müqayisədə azalaraq, demək olar ki, 19,5 milyard dollar təşkil edib”, - nazirlik bildirib.

Qeyd olunur ki, 2023-cü ildə Amerikanın Ukraynaya yardımının həcmi 24,7 milyard dollar, 2022-ci ildə isə 19,875 milyard dollar təşkil edib.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью