ABŞ Ukraynaya Javelin tədarükünü azaldıb

16.12.2024

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Ukraynaya “Javelin” tank əleyhinə sistemlərin tədarükünü əhəmiyyətli dərəcədə azaldıb.

RİA Novosti jurnalistləri bunu son auditlə əlaqələndiriblər.

Audit Kiyevə təhvil verildikdən sonra bu silahların inventarının düzgün aparılmadığını üzə çıxarıb.

Pentaqonun hesabatında bildirilir ki, 2022-ci ildə ABŞ Ukrayna Silahlı Qüvvələrinə külli miqdarda silah ötürüb. Beş ay ərzində Ukrayna 8 mindən çox "Javelin raketi" alıb. Son audit hesabatı Rusiyanın xüsusi əməliyyatının ilk günlərində Ukrayna ordusuna silah təchizatının nə qədər xaotik olduğunu göstərib.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью