Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hələlik ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu əməkdaşlıq xətti silah təminatından fərqlidir.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə hərbi-siyasi dairələrdəki bir neçə mənbə məlumat yayıb.
"Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələ heç bir dəyişiklik hiss etməyib və hər şey əvvəlki kimidir", - deyə vurğulanıb.
Qeyd edək ki, ABŞ ötən gün Ukraynaya silah verilməsini dayandırıb.
Daşqın Həsənov
Missiya.Az