ABŞ Ukraynaya maliyyə yardımını dayandırıb Tramp

04.12.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, ölkəsi artıq Ukraynaya pul xərcləmir.

O, Ağ Evdəki çıxışında bildirib ki, Vaşinqton əvvəlki kimi NATO-ya da ciddi vəsait ayırmır.

Trampın sözlərinə görə, keçmiş prezident Co Bayden “350 milyard dolları konfet kimi paylamış”, Ukraynaya raket və digər hərbi texnikanı kompensasiyasız verdirmiş.

Hazırkı prezident iddia edib ki, Bayden Kiyevə ayrılan böyük məbləğlərin nağd şəkildə verilməsinə imkan yaradıb və prosesə tam nəzarət etməyib.

Tramp vurğulayıb ki, onun dövründə isə Ukraynaya “bir qəpik də xərclənmir” və əvvəlki siyasət “ölkəni soymaqla” nəticələnməyib.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью