ABŞ Ukraynaya nüvə silahı verməyəcək

02.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

“ABŞ nüvə silahının Ukraynaya verilməsini planlaşdırmır. Bu barədə düşünülmür”.

"Unikal" xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Onun sözlərinə görə, ABŞ Kiyevə adi silah tədarükünə belə diqqət yetirir.

O, həmçinin bildirib ki, Rusiyanı nüvə dövləti kimi məğlub etmək mümkün deyil.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью