ABŞ Ukraynaya Patriot göndərir 105 milyon dollarlıq

19.11.2025

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti təsdiqləyib.

Bildirilib ki, Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri ilə bağlı 105 milyon dollarlıq avadanlıq və xidmətləri satışı barədə qərar qəbul olunub.

ABŞ Müdafiə Nazirliyindən isə bildirilib ki, paketə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına yüksəldilməsi, yerüstü dəstək avadanlığı üçün təyin olunmuş ehtiyat yük siyahıları, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistika dəstəyi elementləri daxildir: "Layihənin əsas podratçıları RTX Corporation və Lockheed Martin şirkətləridir".

Məlumatda deyilir ki, Konqres etiraz etməsə, silah satışı uğurlu hesab ediləcək.
Samir MUSAYEV
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью