ABŞ Ukraynaya silah nəqlini dayandırarsa, sülhə ən böyük töhfəni verəcək

04.03.2025

Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"ABŞ Ukraynaya silah göndərilməsini dayandırarsa, sülhə ən böyük töhfəsi bu olacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

ABŞ prezidenti Donald Trampın Ukraynaya sülh gətirmək istəyini alqışladıqlarını ifadə edən Peskov, ABŞ-nin Ukraynaya hərbi dəstəyi kəsəcəyi təqdirdə bunun Kiyev rəhbərliyini sülh prosesinə sövq edə biləcəyini bildirib.

"İndiyədək müharibənin ən böyük dəstəkçisi ABŞ olub. Əgər ABŞ Ukraynaya silah nəqlini dayandırarsa, sülhə ən böyük töhfəni o verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью