ABŞ Ukraynaya SÖZ VERDİ Yanvarın ortalarına qədər...

06.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermakla görüşü zamanı Amerika tərəfinin 2025-ci il yanvarın ortalarına qədər Kiyevə çoxlu sursat və yüzlərlə zirehli texnika verəcəyini vəd edib.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti amerikalı məmurun brifinqinə istinadla məlumat yayıb.

“Cümə axşamı günü Ceyk Sallivan Andrey Ermak ilə bir saatdan çox görüşdü. Ukraynaya yanvarın ortalarına qədər yüz minlərlə əlavə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika verəcəyini vəd edib”, - deyə məlumatda bildirilir.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью