ABŞ Ukraynaya xəbərdarlıq ETDİ

22.11.2024

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Amerika Birləşmiş Ştatlar Ukrayna və digər müttəfiqlərinə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Vaşinqton Rusiyanın eksperimental silahlardan istifadə edə biləcəyini bildirib. Mənbə qeyd edib ki, Rusiya Ukraynada artıq əhəmiyyətli dərəcədə böyük döyüş başlıqlarına malik raketlərdən istifadə edib.

Xatırladaq ki, ABŞ Ukraynaya ATACMS silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib. Rusiya belə olduğu təqdirdə cavabının ağır olacağını bildirmişdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью