ABŞ Ukraynaya yardımın maliyyələşdirilməsinə yenidən baxır Ağ Ev

05.03.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ administrasiyası Kiyevə yardımın maliyyələşdirilməsini nəzərdən keçirir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

Ondan ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması ilə bağlı xəbərləri şərh etməsi istənilib. “Ağ Evin Milli Təhlükəsizlik Şurası bununla bağlı mənə bildirdi ki, onlar Ukraynanın maliyyələşdirilməsini dayandırıblar və maliyyələşməni yenidən nəzərdən keçirirlər”, - mətbuat katibi cavab verib.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью